Qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi və orderin müddətinin artırılması təklif olunur.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Məlumatda həmçinin məişət zorakılığından, o cümlədən cinsi zorakılığdan zərər çəkmiş və ya bu cür zorakılıq hallarının şahidi olan uşaqların hüquqlarının müdafiəsində “Lansarote” Konvensiyasının tələblərinə riayət olunması da təklif edilir.