Ötən il azadlıqdan məhrum edilən qadınların sayı 15,9% artıb

21-05-2025, 11:00 - Cəmiyyət

Azadlıqdan məhrum edilmiş məhkumların sayına münasibətdə kişilər 97,1%, qadınlar isə 2,9% təşkil edir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Bildirilib ki, 2023-cü illə müqayisədə hesabat ilində azadlıqdan məhrum edilmiş kişilərin sayı 6,8%, qadınların sayı isə 15,9% artıb.

Bununla yanaşı, 2024-cü ildə probasiya qeydiyyatında olan məhkumların 94,1%-i kişilər, 5,9%-i isə qadınlardır. 2023-cü illə müqayisədə hesabat ilində probasiya qeydiyyatında olan məhkum kişilərin sayı 9%, qadınların sayı isə 0,6% artıb.