Bu gün Bakının bu rayonunda qaz kəsiləcək

22-05-2025, 07:00 - Cəmiyyət

Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonu, Zirə qəsəbəsindəki qaz xəttinin kipliyə sınaq olunması məqsədi ilə 22.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.