Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı AÇIQLANDI

31-07-2025, 11:00 - Cəmiyyət

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, müsabiqə iştirakçılarının nəzərinə çatdırırıq ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi 17 iyulda, I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi isə 24 iyulda elan edilib.