Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

23-08-2025, 10:40 - Cəmiyyət

Avqustun 22-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ️DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 3 tüfəng və 280 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.