Paytaxtda yeni parklanma məntəqələri yaradılıb

21-10-2024, 10:30 - Cəmiyyət

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma məntəqələri yaradıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki,

Məlumata görə, yenidənqurma işləri çərçivəsində paytaxtın İsmayıl bəy Qutqaşınlı və Qurban Xəlilov küçələrində 5 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib.

"Bakı küçələrində aparılan yenidənqurma işləri nəqliyyat axınlarını daha rahat və təhlükəsiz etməyi hədəfləyir" - agentlik bəyan edib.