Ötən həftə ərzində 11-i azyaşlı olmaqla 43 nəfər xilas edilib – FHN

8-12-2025, 09:40 - Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 187 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 43 nəfər xilas edilib, 30 nəfər təxliyə olunub, 20 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 13 nəfərin meyiti təhvil verilib.