Qulaqlıqdan istifadə piyadalar üçün yol təhlükəsini artırır - BDYPİ-dən MÜRACİƏT

15-12-2025, 12:20 - Cəmiyyət

Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciətində deyilir.

Bildirilir ki, qulaqlıqdan istifadə zamanı:

• Nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir.

• Yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir.

• Reaksiya vermək üçün zəruri vaxt itirilir.

Xüsusilə qeyd edirik ki, piyada keçidlərində belə diqqətsizlik ağır nəticələrə səbəb ola bilər.

Tövsiyə olunur:

• Yolu keçməzdən əvvəl qulaqlıqları çıxarın.

• Ətraf mühitə tam diqqət yetirin.

• Yol hərəkəti qaydalarına ciddi əməl edin.

Unutmayın:

Yolda təhlükəsizlik – hər kəsin məsuliyyətidir!