Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 22036 müraciət olunub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin noyabr ayı üzrə statistik məlumatlarında qeyd edilib.
Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 7365
Vətəndaşlıq məsələləri ilə bağlı müraciətlər – 117
Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər – 1285
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 793
Çağrı mərkəzinə daxil olan zənglər – 5492
Xidmətin sosial şəbəkə hesabları və “onlayn bələdçi” xidməti vasitəsilə daxil olan müraciətlər – 1126
Vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərlə bağlı daxil olmuş ərizə, şikayət və təkliflər – 1001
Digər müraciətlər – 1387
Qeyd olunanlardan əlavə, hesabat dövrü ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tərəfindən istifadəçilərə təqdim edilən elektron xidmətlər üzrə 35750 müraciət daxil olmuşdur. Onlardan:
Dövlət Miqrasiya Xidmətinə göndərilmiş müraciətlərin izlənməsi – 16967
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlər–10299
Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədən gedişinə və ölkəyə gəlişinə tətbiq edilmiş məhdudiyyətin yoxlanılması – 6126
Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı məlumatların yoxlanılması – 859
Miqrasiya sahəsi ilə bağlı elektron arayışların verilməsi – 553
Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 610
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər –203
Digər müraciətlər – 133 olunub.
Tənzimlənməyən miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmasına görə 1841 qərar qəbul edilib.