Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

19-12-2025, 09:30 - Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 26, 27, 28 və 29 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bildirilir ki, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.