Zığ şosesində yol hərəkətində dəyişiklik edilərək yeni svetoforlar quraşdırıldı

5-01-2026, 11:15 - Cəmiyyət

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Bildirilib ki, yeni svetoforlar bu yollarda istifadəyə verilib:

1. Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində;

2. Xətai rayonu, “NSZ” qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsində;

3. Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində.

Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.