Dumanlı hava səbəbindən Zığ dairəsi-Hava Limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, NİİM hava şəraitindən asılı olaraq yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarının operativ məlumatlandırılmasını təmin edəcək.