Şuşa və Kəlbəcərdə 20 Yanvar faciəsinin qurbanları yad edildi

20-01-2026, 13:32 - Cəmiyyət

Şuşa və Kəlbəcərdə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, şəhidlər anılıb.