Bakı dairəvi yolda qəza səbəbindən nəqliyyat sıxlığı yarandı

10-02-2026, 08:10 - Cəmiyyət

Yasamal rayonu ərazisində, Bakı dairəvi yolda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Lökbatan” dairəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə olunur.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.