Dumanlı hava nə vaxtadək davam edəcək?

16-02-2026, 10:05 - Cəmiyyət

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava müşahidə olunur.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Dumanlı havanın fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.