Azərbaycanda 60 yaşdan yuxarı şəxslərin işdən çıxarılması qadağan edilə bilər - YENİLİK

27-02-2026, 09:10 - Cəmiyyət

60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinin ləğvinin qadağan edilməsi təklif olunur.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, 60 yaşdan yuxarı olan şəxslərin Əmək Məcəlləsində təsbit edilmiş əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilərin və halların siyahısına daxil edilməsi təklif edilir.