Dövlət qulluçularının vaxtından əvvəl pensiyaya çıxması təklif edildi

27-02-2026, 09:14 - Cəmiyyət

Ombudsman dövlət qulluçularının pensiya stajı ilə bağlı yeni təkliflə çıxış edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, dövlət qulluğunda azı 35 il iş stajı olan şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısına salınması təklif edilir.

Qeyd edək ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər siyahısı “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir.