Bu gün Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, "MTN bağları" adlanan ərazidə qaz təchizatında fasilələr yaranacaq.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
"Ceyranbatanda "MTN bağları" adlanan ərazidə d89 mm-lik yeraltı qaz xəttinin yerüstü qaz xəttinə əvəzlənməsi ilə əlaqədar bu gün, saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə qeyd edilən ərazidə 1 600 istehlakçının qaz təchizatında fasilə yarancaq. Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi sizdən xahiş edirik", - məlumatda qeyd olunub.