Xankəndidə Zəfər Günü münasibətilə yürüş keçirilib

8-11-2024, 10:30 - Cəmiyyət

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, 8 noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində yürüş keçirilib.

Ərazidə xidmət edən N saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları ilə müşayiət olunub.

Həmçinin bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak edib.

Zəfər yürüşü Xankəndi şəhərinin zəfər meydanında başa çatıb.