Kəlbəcər dağlarında qonur ayı görüntüləndi

1-05-2026, 10:00 - Cəmiyyət

Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində qonur ayı görüntülənib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, qonur ayı Kəlbəcər dağlıq ərazilərində geniş yayılan və tez-tez rast gəlinən vəhşi heyvan növlərindən biridir.

Qeyd olunur ki, bu növ əsasən sıx meşə massivlərində və yüksək dağlıq zonalarda yaşayır, eyni zamanda Tutqunçay və Tərtərçay hövzələrində də müşahidə edilir.