Bəzi ərazilərdə qaz olmayacaq

30-06-2026, 07:35 - Cəmiyyət

Bu gün Abşeron rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.

Saat 09:00-dan işlər başa çatanadək Abşeron rayonunun Masazır kəndinin, eləcə də Saray qəsəbəsində yerləşən "Saray" MTK-nın qaz təchizatı müvəqqəti dayandırılacaq.