Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

21-08-2026, 06:55 - Cəmiyyət

Xankəndi şəhərinə, Xocalı və Ağdərə rayonlarına növbəti köç karvanları yola salınıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə - 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə - 13 nəfər, Xanyurdu kəndinə 4 ailə - 10 nəfər, Xanabad kəndinə 8 ailə - 31 nəfər, Ballıca kəndinə 3 ailə - 8 nəfər, Təzəbinə kəndinə 14 ailə - 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə - 36 nəfər, Həsənriz kəndinə 6 ailə - 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə - 49 nəfər, Çapar kəndinə 15 ailə - 51 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.