Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlandı

6-12-2024, 11:03 - Cəmiyyət

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Dekabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 qumbara, 7 tüfəng, 6 patron darağı və 227 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər", - DİN-dən bildirilib.