Sürücülərin NƏZƏRİNƏ: bu yollarda tıxac var

16-09-2024, 08:30 - Cəmiyyət

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Qanunmedia.az Trend-ə istinadən hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.