Bakı metrosunda nasazlıq - Sərnişinlər düşürüldü

12-12-2024, 10:35 - Cəmiyyət

Bakı metrosunda nasazlıq yaranıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

O bildirib ki, "Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb:

"Qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib".