Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək

15-12-2024, 06:00 - Cəmiyyət

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

İmtahan kompüterlər vasitəsilə keçiriləcək.

Prosesdə 378 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.