Bu gündən etibarən Bakıda Qaraçuxur və Yeni Günəşli qəsəbələrini, eləcə də Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini birləşdirən 20 nömrəli marşrut xətti üzrə avtobuslar sərnişinlərin xidmətinə təqdim olunub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəsmi Instagram səhifəsində paylaşım edilib.
“Sabahınız xeyir, əziz sərnişinlər! Yeni 20 nömrəli marşrut xətti artıq istifadənizdədir”, - deyə paylaşımda qeyd olunub.