Aktauda baş verən təyyarə qəzasında 28 nəfər sağ qalıb – Qazaxıstan FHN

25-12-2024, 12:45 - Cəmiyyət

İlkin məlumatlara əsasən, Aktauda baş verən təyyarə qəzasında 28 nəfər sağ qalıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"İlkin məlumata görə, sağ qalan 28 nəfərdən 2-si uşaqdır və onlar xəstəxanaya çatdırılıb", - deyə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.