Bakıda Babək prospektində yol təmirinə görə hərəkət məhdudlaşdırılıb

31-01-2025, 08:10 - Cəmiyyət

Bakının Nizami rayonu, Babək prospektində yol ötürücüsünün üzərində nəqliyyat vasitələrinin mərkəz istiqamətində hərəkətinə məhdudiyyət qoyulub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

“Nizami rayonu, Babək prospektində (“Baku Medical Plaza”nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub”, – deyə məlumatda bildirilib.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.