İrandan Azərbaycana gətirilən 47 tondan çox kartof yararsız çıxdı

11-02-2025, 09:45 - Cəmiyyət

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.
Məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Corn.İs” MMC-nin İrandan idxal etdiyi 47 400 kq ərzaqlıq kartof məhsulu partiyasından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində karantin tətbiq edilən kartof gövdə nematodu müəyyən olunub.

Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız məhsul partiyası məhv edilib.