Bakı Beynəlxalq Avtovağzalının qarşısından Bakı Dairəvi Avtomobil Yolu – Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət ləğv edilib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sürücülərə hava şəraitini nəzərə alaraq sürət həddini uyğun tənzimləmələri, ötmə və qəfil manevrlərdən çəkinmələri tövsiyə olunur. Həmçinin təcrübəsi az olan sürücülərə buzlu yollarda avtomobil idarə etməmələri məsləhət görülür.
23:00
Ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalının qarşısından Bakı Dairəvi Avtomobil Yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Sürücülərdən hava şəraitini nəzərə alaraq sürət həddini uyğun tənzimləmələri, ötmə və qəfil manevrlərdən çəkinmələri xahiş olunur. Təcrübəsi az olan sürücülərə buzlu yollarda avtomobil idarə etməmələri tövsiyə edilir.