Qubada DYP əməkdaşları gücləndirilmiş iş rejiminə keçib

21-02-2025, 12:16 - Cəmiyyət

Hava şəraiti ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qarlı, şaxtalı havada hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları səfərbər edilib.

"Tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd edilib.