Ötən gün buzlu yollarda xəsarət alanların sayı AÇIQLANDI

25-02-2025, 10:36 - Cəmiyyət

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 24 fevral tarixindən bu saata qədər 90 nəfər müraciət edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

"15 nəfər əməliyyat üçün stasionara qəbul edilib",- deyə məlumatda qeyd edilib.