Yolların buz bağlaması ilə bağlı 45 qəza baş verib - NİİM

27-02-2025, 10:50 - Cəmiyyət

Yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə, texniki nasaz avtomobillərin yolda qalması sıxlıqların yaranmasına səbəb olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, paytaxt ərazisində qarlı və küləkli hava şəraitinin olduğu gündən 26 fevral tarixinə qədər NİİM-in müşahidə kameralarının təsir zonasında 45 qəza baş verib, 61 texniki nasaz avtomobil yolda qalıb.
"Müvafiq tədbirlər görülməsi üçün dərhal Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib", - deyə NİİM-dən bildirilib.