Qarlı hava səbəbindən təcili yardıma müraciət edənlərin sayı AÇIQLANDI

1-03-2025, 13:30 - Cəmiyyət

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar 28.02.2025-ci il tarixi saat 20:00 radələrindən indiyədək 9-u qadın, 8-i kişi olmaqla, 17 nəfərin müraciəti qeydə alınıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 14 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub:

"3 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb".