Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir neçə diplomun təsis edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında məlumat verilib.
Belə ki, Rəyasət Heyəti tərəfindən AMEA-nın “Əziz Sancar fəxri diplomu”, “Üzeyir Hacıbəyli fəxri diplomu”, “Lev Landau fəxri diplomu”nun təsis edilməsi haqqında qərarlar qəbul edilib.