Aİ Rusiyaya qarşı sanksiyaların müddətini 1 ilə qədər uzadıb

19-06-2026, 03:35 - Dünya

Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı (Aİ) liderləri ilk dəfə olaraq Rusiyaya qarşı bütün sanksiyalar paketini altı ay əvəzinə bir il müddətinə uzatmaq qərarına gəliblər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının nümayəndəsi jurnalistlərə bildirib.

"Aİ liderləri sanksiyaları əvvəlki altı ay əvəzinə birdən 12 ay uzatmaq qərarına gəliblər", - deyə o bildirib.

Birtərəfli məhdudiyyətlərin bütün dəstini 31 iyul 2027-ci ilə qədər uzatmaq barədə rəsmi qərar gələn həftə nazirlər səviyyəsində veriləcək.