Qətər və Səudiyyə Ərəbistanı Hörmüz boğazında tankerlərə hücumlara görə İranı günahlandırıb

8-07-2026, 05:45 - Dünya

Qətər və Səudiyyə Ərəbistanı Hörmüz boğazında gəmilərə edilən son hücumlara görə İranı məsuliyyət daşımaqda ittiham edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi Tehrandan regional təhlükəsizliyə və beynəlxalq gəmiçiliyə təhdid yaradan hərəkətləri dayandırmağı tələb edib.

Qurumun nümayəndəsi bildirib ki, İran baş verən hücumlar və onların mümkün nəticələrinə görə məsuliyyət daşıyır.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də analoji mövqe nümayiş etdirib.

Məlumata görə, çərşənbə axşamı Hörmüz boğazında üç tanker hücuma məruz qalıb. Onlardan ikisinin Qətər və Səudiyyə Ərəbistanına məxsus olduğu bildirilir.