ABŞ hakimiyyəti Tehranla razılaşmaları pozaraq Hörmüz boğazından gəmilər üçün yeni bir marşrut açmağa çalışıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki,bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.
"ABŞ, anlaşma memorandumunun parametrlərini pozan metodlardan istifadə edərək, Hörmüz boğazının cənub marşrutunu açmaq üçün təzyiq göstərib", - deyə o bildirib.
Diplomatın sözlərinə görə, İran bu cür hərəkətləri qəbuledilməz hesab edir.
İran xarici işlər nazirinin müavini xəbərdarlıq edib ki, Tehran ABŞ-nin son günlərdə ölkəyə endirdiyi zərbələrə görə qisas alacaq.