ABŞ İrana qarşı yenidən zərbələr endirməyə başlayıb

23-07-2026, 02:20 - Dünya

ABŞ Silahlı Qüvvələri İran ərazisindəki hədəflərə yeni zərbələr seriyasına başlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.

"ABŞ ordusu Ali Baş Komandanın əmri ilə İrana yeni zərbələr dalğasına başlayıb", - komandanlığın məlumatında qeyd olunub.