Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi

23-07-2026, 09:55 - Dünya

Ukrayna Nazirlər Kabineti daha əvvəl Kiyevin hərbi administrasiyasına rəhbərlik etmiş Timur Tkaçenkonun Kiyev vilayəti administrasiyasının rəhbəri vəzifəsinə təyin edilməsini təsdiqləyib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV yazır.

1989-cu ildə Kiyevdə anadan olan Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvlərindən, Ukraynadakı Azərbaycan Ağsaqqallar Şurasının nümayəndəsidir. O, Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.