İranın bir neçə şəhərində partlayışlar baş verib

24-07-2026, 04:40 - Dünya

ABŞ-nin bölgəyə endirdiyi zərbələr zamanı İranın bir neçə bölgəsində partlayışlar baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın xəbər agentliklərindən məlumat verilib.

Məlumatlara görə, Bəndər-Abbas və Omidiyyə şəhərlərində silsilə partlayışlar baş verib. İranın Hondab şəhərinin ətrafı ABŞ-yə məxsus iki raketlə vurulub. Cask şəhərində silsilə partlayışlar, Xürrəmabad şəhərinin cənub hissəsində partlayış baş verib.

Konarak şəhərində partlayış səsləri eşidilib, Əndimeşk şəhəri yaxınlığında və Keşm adasının cənub sahilində, o cümlədən, Əhvaz şəhərində partlayışlar baş verib.

Partlayışlarla bağlı digər təfərrüatlar açıqlanmayıb.