Bəhreyndə həyəcan siqnalı çalınır

24-07-2026, 09:25 - Dünya

ABŞ Silahlı Qüvvələrinin İrana hədəflənmiş 13-cü zərbələr dalğasını baş çatırmasından bir neçə saat sonra Bəhreyndə İrandan buraxılan raket və dronlarla bağlı həyəcan təbilləri çalınıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı Bəhreynin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

İnsanlar təhlükəsiz sığınacaqlarda daldalanmağa çağırılıb.

Xatırladaq ki, husilər iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan edərək krallığı uzun illər Yəmənin milli sərvətlərini, xüsusilə də neft ehtiyatlarını talamaqda ittiham ediblər. Buna cavab olaraq, Ər-Riyadın rəhbərlik etdiyi ərəb koalisiyası iyulun 21-də ticarət gəmilərinin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başladığını açıqlayıb.