Böyük Britaniyada 30°C-dən yuxarı temperaturla rekord sayda gün qeydə alınıb

10-08-2026, 01:05 - Dünya

Böyük Britaniyada 30°C və daha yüksək temperaturla rekord sayda gün qeydə alınıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

2026-cı ildə Birləşmiş Krallıqda artıq 35 belə gün qeydə alınıb. Halbuki yayın başa çatmasına hələ üç həftə qalır. Əvvəlki rekord 1995-ci ildə qeydə alınıb.

Gələn həftə ölkədə temperaturun 35°C-yə yaxınlaşacağı beşinci istilik dalğasının müşahidə olunacağı gözlənilir.