Ağcabədidə iki avtomobil toqquşdu - Yaralılar var

24-03-2025, 10:40 - Hadisə

Ağcabədidə iki minik avtomobili toqquşub, sürücü və sərnişin xəsarət alıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Rəncbərlər kəndi ərazisində baş verib.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil "KIA" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ"ın sürücüsü, rayon sakini 1992-ci il təvəllüdlü Məmmədov Sənan və onun qohumu, sərnişin İsrail adlı şəxs müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.