Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

10-04-2025, 10:45 - Hadisə

Aprelin 9-da qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 1 qumbara, 4 tüfəng, 5 patron darağı və 255 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.