Şirvan sakini şəhər ərazisindən tapdığı avtomatı polisə təhvil verib

12-04-2025, 09:30 - Hadisə

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər şəhər sakini şəhər ərazisindən tapdığı 1 ədəd avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.