Xaçmazda itkin düşən 7-ci sinif şagirdi tapılıb

13-04-2025, 02:30 - Hadisə

Xaçmaz rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan məlumat verilib.

Araşdırma aparılır.

xxx

22:59

Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bugün səhər 08:30 radələrində repetiror yanına gedmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan bildirilib ki, məktəblinin barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102”- Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.