Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb - DİN

27-09-2024, 09:30 - Hadisə

Sentyabrın 26-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 195, o cümlədən borclu şəxs qismində axtarışda olan 149 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 43 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.