Ağdərədə açıq ərazidə yanğın: helikopter cəlb olunub

26-07-2025, 12:15 - Hadisə

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Məlumata görə, hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlərdə cəlb olunub.

Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarından götürürlər.